Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 13 noyabr 2026-cı il tarixində Şamaxı şəhərində vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Şamaxı və Qobustan rayon sakinlərinin müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Şamaxı və Qobustan rayon sakinləri 5 noyabr 2026-cı il saat 14:00-dək 070-584-72-30 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
Qəbul Şamaxı şəhəri, Şəhriyar küçəsi 36 ünvanında, Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək.