Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Bakı, Dağlıq-Şirvan və Mərkəzi Aran Regional Məşğulluq filialları üzrə müraciət etmiş vətəndaşlar iştirak edib.
Səsləndirilən müraciətlər əsasən Agentlikdə iş ilə təminat, özünüməşğulluq proqramı və vakansiyalarla bağlı olub. S.Əliyev işə qəbul prosedurları, qiymətləndirmə meyarları və özünüməşğulluq proqramının icrası qaydaları barədə məlumat verib.
Müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.