Agentlik sədrinin onlayn qaydada vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Bakı, Mil-Muğan və Mərkəzi Aran Regional Məşğulluq filialları üzrə müraciət etmiş vətəndaşlar iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən iş ilə təminat, özünüməşğulluq proqramı və peşə hazırlığı ilə bağlı olub. S.Əliyev vakansiyalara müraciət, özünüməşğulluq proqramının icrası qaydaları barədə məlumat verib.

 

Müraciətlərin həll edilməsi ilə bağlı Filial rəhbərlərinə müvafiq göstərişlər verilib.