Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin növbəti vətəndaş qəbulu keçirilib.
Bu dəfə Bakıda keçirilən qəbulda Agentliyin Bakı Regional Məşğulluq filialına qəbul üçün müraciət edən vətəndaşlar iştirak ediblər.
Səsləndirilən müraciətlər, əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub.
Qəbulda iştirak edən şəxslərə qanunvericiliyin tələbləri izah edilib, araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz