Agentlik sədrinin növbəti onlayn vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli növbəti dəfə onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Bakı, Abşeron-Xızı, Mərkəzi Aran və Qazax-Tovuz  regional məşğulluq filialları üzrə müraciət etmiş vətəndaşlar iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən Agentlikdə iş ilə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub. M.Abbasbəyli işə qəbul prosedurları, qiymətləndirmə meyarları və özünüməşğulluq proqramının icrası qaydaları barədə məlumat verib.

 

Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.