Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 8 iyul 2026-cı il tarixində Goranboy rayonunda vətəndaş qəbulu keçiriləcək.
Goranboy rayon və Naftalan şəhər sakinlərinin iştirakının nəzərdə tutulduğu qəbulda işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətlər cavablandırılacaq.
Qəbula yazılmaq üçün Goranboy rayon və Naftalan şəhər sakinləri 1 iyul 2026-cı il saat 14:00-dək 051 425 02 71 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
Qəbul 8 iyul 2026-cı il saat 11:00-dan etibarən Goranboy şəhəri, Dədə Qorqud küçəsi 27 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.