Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Bakıda vətəndaş qəbulu keçirilib.
Vətəndaş qəbulunda Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov da iştirak edib.
Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun digər fəaliyyət sahələri üzrə müraciət ediblər.
Vətəndaşların qəbulda iştirakı ilə bağlı əlçatanlığın tam təmin olunması məqsədilə onların onlayn formatda da qəbula qoşulmaları təşkil edilib və müraciətləri dinlənib.
Hər bir müraciət fərdi qaydada araşdırılıb, vətəndaşlar məşğulluq tədbirlərinin icrası qaydaları barədə məlumatlandırılıblar.