Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun 8 oktyabr 2026-cı il tarixində Ağdaş rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qəbulda Ağdaş rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Ağdaş rayon sakinləri 5 oktyabr 2026-cı il saat 14:00-dək 055-755-31-22 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.
Qəbul 8 oktyabr 2026-cı il saat 10:00-dan etibarən Ağdaş şəhəri, Xiyabani küçəsi 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.