Agentlik sədri Ucarda vətəndaşları qəbul edib

Səsləndirilən müraciətlər, əsasən, işlə təminat və peşə hazırlığı ilə bağlı olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Ucar rayonunda vətəndaşları qəbul edib. Qəbulda Mərkəzi Aran Regional Məşğulluq filialının əhatə etdiyi rayonlar üzrə vətəndaşlar iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən işlə təminat və peşə hazırlığı ilə bağlı olub. S.Əliyev vətəndaşlara “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankı, ƏMAS-ın işsiz və işaxtaran şəxslərə yaratdığı imkanlar, peşə hazırlığının təşkili qaydaları, Agentliyin Peşə Hazırlığı Mərkəzləri və özəl tədris müəssisələrində həyata keçirilən kurslara müraciət barədə məlumat verib.

 

Digər müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.  

 

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz