Agentlik sədri Tovuz rayonunda vətəndaşları qəbul edəcək

9 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Tovuz rayonunda vətəndaş qəbulu keçiriləcək.


Qəbulda Tovuz rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.


Qəbula yazılmaq üçün Tovuz rayon sakinləri 3 dekabr 2025-ci il saat 14:00-dək 0775253100 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.


Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.


Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.


Qəbul 9 dekabr 2025-ci il saat 11:00-dan etibarən Tovuz şəhəri, İstiqlal küçəsi 2 ünvanında yerleşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.