Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Bu gün əmək bazarını tərk edən peşələrdən daha çox yeni peşələr yaranır. Əmək bazarının açarı təhsildədir.
Bu fikirləri Təhsilin İnkişafı Forumunda çıxışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli səsləndirib.
“Gələcək üçün təhsil” panelində spiker qismində çıxış edən M.Abbasbəyli əmək bazarının yeni çağırışları, peşəkar kadrların hazırlanması, işəgötürənlərin tələblərinin ödənilməsinin əhəmiyyətindən danışıb. Sədr çıxışında əmək bazarının yeni yanaşmalarına uyğunlaşmaq üçün şəxslərin daim yeni bacarıqlara yiyələnməli olduğunu, ömürboyu öyrənmənin önəmini vurğulayıb. O qeyd edib ki, məşğulluq, təhsil və əmək bazarı arasında əlaqənin daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olmalıdır.
Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan Təhsilin İnkişafı Forumu Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılıb.