Agentlik sədri Şəmkirdə vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin növbəti vətəndaş qəbulu keçirilib.

 

Bu dəfə Şəmkir rayonunda keçirilən qəbulda Agentliyin Qazax-Tovuz Regional Məşğulluq filialına qəbul üçün müraciət edən vətəndaşlar iştirak ediblər.

 

Qəbulda səsləndirilən müraciətlər, əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub.

 

Qəbulda iştirak edən şəxslərə qanunvericiliyin tələbləri izah edilib, müraciətlərin həll edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz