Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun ailəsi ilə görüşüb.
Agentlik sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.
M.Abbasbəyli 11 yaşı tamam olan şəhidin oğlu Əli Bərxudarovu doğum günü münasibətilə təbrik edib, ona təhsil həyatında müvəffəqiyyətlər arzu edib.
Ailənin sosial təminatının bundan sonra da diqqətdə saxlanılacağı bildirilib.