Agentlik sədri Sadiq Əliyev şəhid Samir Xəlilinin ailəsini ziyarət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Samir Xəlilinin ailəsini ziyarət edib.

 

Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.

 

Samir Xəlili Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb və Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən atası Əhməd Xəlilov “Avtoçilingər xidmətləri” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək əmlaklarla təmin olunub.

 

Şəhidin ailəsi göstərilən dövlət qayğısına və diqqətə görə təşəkkürlərini bildiriblər.