Agentlik sədri özünüməşğulluq proqramı üzrə öz işini qurmuş qadınlarla görüşüb

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində özünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaratmış Nigar Abbasova və Esmira Əsgərova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Nazirlik yanında İctimai Şuranın üzvü İradə Rizazadə və digər rəhbər şəxslər həmin xanımlara məxsus istehsal və xidmət sahələri, fəaliyyətləri ilə tanış olub, onları qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.
 

Nigar Abbasova qadın gözəllik salonu, Esmira Əsgərova isə un məmulatlarının istehsalı zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün lazım olan avadanlıqlarla təmin ediliblər.
 

Onlar işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına, öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.