Agentlik sədri onlayn qaydada vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli növbəti dəfə onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Mil-Muğan, Qarabağ, Şəki-Zaqatala və Bakı Regional Məşğulluq filialları üzrə vətəndaşlar iştirak edib.

 

Səsləndirilən müraciətlər əsasən Agentlikdə iş ilə təminat, ictimai iş, özünüməşğulluq proqramı və peşə hazırlığı ilə bağlı olub. M.Abbasbəyli vətəndaşlara işə qəbul prosesi, ictimai işlərə cəlb olunma qaydası və özünüməşğulluq proqramının təşkili və növbəlilik prosesi ilə bağlı məlumat verib.

 

Müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.