Agentlik sədri onlayn qaydada vətəndaş müraciətlərini dinləyib, müvafiq tapşırıqlar verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Bakı, Abşeron-Xızı və Qarabağ Regional Məşğulluq filialları üzrə müraciət edən vətəndaşlar iştirak ediblər.

 

Səsləndirilən müraciətlər əsasən işlə təminat, özünüməşğulluq proqramı və Agentlikdə işəqəbul ilə bağlı olub. S.Əliyev aktiv məşğulluq tədbirlərinin icrası qaydaları və Agentlikdə işəqəbul mexanizmi barədə məlumat verib.

 

Müraciətlərin həlli ilə bağlı filial rəhbərlərinə müvafiq göstərişlər verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz