Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Vətən müharibəsi şəhidi Kənan Axundzadənin ailəsi ilə görüşüb.
Lənkəran rayonunda yaşayan ailə ilə görüşdə Agentlik sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Kənan Axundzadə Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və Xocavəndin Qırmızıbazar istiqamətində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.
Müharibədən sonrakı dövrdə şəhidin anası Rəhimə Axundova özünüməşğulluq proqramına cəlb olunaraq “un məmulatlarının istehsalı” zərfi üzrə avadanlıqlarla təmin edilib.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.