Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İkinci İstanbul İnsan Resursları Forumunda iştirak edib.
İstanbul İnsan Resursları Forumu Türkiyə Respublikasının Prezident Administrasiyasının İnsan Resursları İdarəsi tərəfindən 2022-ci ildən başlayaraq keçirilir. Məqsəd Türkiyənin istedad mərkəzinə çevrilməsi üçün lazım olan innovativ insan resursları təcrübələrini formalaşdırmaq və ölkənin ehtiyac duyduğu milli istedad idarəçiliyi modelini yaratmaqdır.
Dövlət və özəl qurumların nümayəndələrinin, xarici rəsmi qonaqların, sahə üzrə yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbir Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın çıxışı ilə başlayıb. Forumun mövzusu “Cəmiyyət 5.0” olaraq müəyyən edilib.
Tədbirin əsas hədəflərindən biri insan resursları sahəsində müxtəlif ölkələrin təcrübələrini öyrənmək, insan resurslarının idarə olunması ilə bağlı qlobal gələcək perspektivlərini müəyyən etmək, bu sahədə strategiyalar hazırlamaq üçün müxtəlif qurum və təşkilatların nümayəndələrini bir araya gətirmək və bu sahədə maarifləndirməni gücləndirməkdir.
Forum çərçivəsində “Yeni Əsrdə Qlobal Türklər”, “Türk Dünyası Təşkilatları”, “İlkin Karyera Rəhbərliyi” kimi mövzular üzrə panel müzakirələr, sessiyalar və seminarlar keçirilib.