Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli III “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və İlahə Baxışova Tahirli ilə görüşüb.
M.Abbasbəyli ilk olaraq Agentliyin əsas məqsədləri, hədəfləri və aparılan islahatlar barədə məlumat verib. Dövlət qurumu və özəl sektorlarda idarəetmə, fərdi və karyera inkişafı ilə bağlı onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə həmçinin II “Yüksəliş” müsabiqəsinin qalibləri Mehriban Rəsulova və Camal Nağıyev də iştirak edib. Qeyd edək ki, Toğrul Ələkbərov Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, Mehriban Rəsulova Peşə hazırlığı departamentinin müdiri, Camal Nağıyev isə İşə qəbul və planlama şöbəsinin müdiri olaraq çalışır.