Agentlik sədri Göyçayda vətəndaşları qəbul edəcək

30 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Göyçay rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Göyçay rayon sakinləri 26 yanvar 2026-cı il saat 14:00-dək (020-255-32-36) telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.

 

Qəbul 30 yanvar 2026-cı il saat 11:00-dan etibarən Göyçay şəhəri, Heydər Əliyev Mərkəzinin binasında (ünvan: Göyçay şəhəri, H.Əliyev prospekti, 98) keçiriləcək.