Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Cəlilabad rayonunda vətəndaşları qəbul edib.
Səsləndirilən müraciətlər əsasən işlə təminat və peşə hazırlığı ilə bağlı olub. S.Əliyev vətəndaşlara “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankı, ƏMAS-ın işsiz və işaxtaran şəxslərə yaratdığı imkanlar, peşə hazırlığının təşkili qaydaları, Agentliyin Peşə Hazırlığı Mərkəzləri və özəl tədris müəssisələrində həyata keçirilən kurslara müraciət barədə məlumat verib.
Digər müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz