Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev bu dəfə Samux rayonunda vətəndaşları qəbul edib.
Qəbulda işlə təminat, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. S.Əliyev vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlər üzrə sualları cavablandırıb.
Araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz