Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Goranboy rayonunda vətəndaşları qəbul edib.
Goranboy rayon və Naftalan şəhər sakinlərinin iştirak etdiyi qəbulda işlə təminat, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. M.Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlər üzrə sualları cavablandırıb.
Araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.