Agentlik sədri bu dəfə Beyləqanda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Beyləqan rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı müraciətləri dinlənilib.

 

M.Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.