Agentlik sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin növbəti vətəndaş qəbulu baş tutub.

 

Sədr bu dəfə Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbulda səsləndirilən müraciətlər, əsasən, işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub. S.Əliyev vətəndaşlara vakansiya bankı, özünüməşğulluq proqramının icrası mərhələləri barədə məlumat verib.

 

Araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz