Agentlik sədri Bakıda növbəti dəfə vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Bakıda növbəti vətəndaş qəbulu keçirilib.

 

Qəbulda Agentliyin Bakı Regional Məşğulluq filialına müraciət edən vətəndaşlar iştirak ediblər.

 

Səsləndirilən müraciətlər, əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub.

 

Qəbulda iştirak edən vətəndaşlara qanunvericiliyin tələbləri izah edilib, müraciətlərin həll edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz