Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov Rusiya Federasiyasında keçirilən Sankt-Peterburq Beynəlxalq Əmək Forumunda iştirak edib.
Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi və Sankt-Peterburq şəhər administrasiyasının birgə təşkilatçılığı ilə keçirilən forum dövlət qurumları, özəl sektor nümayəndələri və beynəlxalq ekspertlər arasında əmək münasibətləri, işçi hüquqlarının qorunması və müasir məşğulluq modelləri üzrə müzakirələrin aparılması, eləcə də qabaqcıl təcrübələrin paylaşılması məqsədi daşıyıb.
Tədbirdə müxtəlif ölkələrdən dövlət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və sahə üzrə ekspertlər iştirak ediblər. Forum çərçivəsində əmək məhsuldarlığının artırılması, əmək miqrasiyasının effektiv tənzimlənməsi, eləcə də məşğulluq sistemlərinin müasir çağırışlara uyğun transformasiyası mövzularında panel müzakirələri, çıxışlar və tematik sessiyalar təşkil olunub.