Agentlik nümayəndələri “Peşə təhsili və təlimi” mövzusunda vebinarda iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında keçirilən “Peşə təhsili və təlimi” mövzusunda vebinarda iştirak ediblər.
 

Vebinarın məqsədi peşə təhsili və təlimi sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, müasir tədris metodlarının və bacarıqların inkişafına yönəlmiş yanaşmaların müzakirəsi, eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində fikir mübadiləsinin aparılması olub.
 

Görüşdə Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığının təşkili sahəsində tətbiq etdiyi mexanizmlər, mövcud təcrübə və həyata keçirilən layihələr barədə təqdimatlar edilib. Həmçinin, vebinarda iştirak edən digər ölkələrin nümayəndələri ilə peşə təhsili və təlimi sahəsində müzakirələr aparılıb.
 

Qeyd edək ki, vebinar Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsində nəzərdə tutulan müvafiq müddəaların icrası məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.