Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd tərəflər arasında aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğu sahəsində icra edilən layihə və proqramlar, özünüməşğulluq tədbirləri ilə bağlı aparılan təcrübə mübadiləsi, habelə yeni əməkdaşlıq perspektivləri kimi məsələləri müzakirə etmək olub.
Qonaqlara Agentliyin fəaliyyəti, son dönəmlərdə icra olunan proqram və layihələr, rəqəmsallaşma istiqamətində görülən işlər barədə məlumat verilib.
Daha sonra özünüməşğulluq proqramı üzrə icra edilən tədbirlər və onların genişləndirilməsi istiqamətləri barədə təcrübə mübadiləsi aparılıb, tərəflər arasında karyera məsləhətçiləri üçün təlimlərin təşkili və işçilərin əmək fəaliyyətinin qiymətləndirilməsi mexanizmlərinin qurulması istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.
Eyni zamanda, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə pilot layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.