Agentlik əməkdaşı WAPES-in regional konfransında iştirak edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi İsveçrə Konfederasiyasının Luqano şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES), İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Niderland Krallığının əməkdaşlığı çərçivəsində keçirilən “Avropa regionu üzrə bacarıq çatışmazlığı” (“Skills shortages across the European region”) adlı regional konfransda iştirak edib.

 

Konfrans çərçivəsində “Əmək bazarı potensiallarının açılması”, “İstedadların qorunması” və “Kadr çatışmazlığının aradan qaldırılması - İşəgötürənlər üçün praktiki həllər” kimi mövzularda interaktiv seminarlar keçirilib. Konfransda innovativ strategiyalar üzrə qadınların, işsiz və əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, inklüziv əmək bazarının zəruriliyi və bu qruplar üçün bacarıqların inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

Qeyd olunub ki, tədbirin əsas məqsədi Avropa üzrə əmək bazarında çatışmazlıqların aradan qaldırılması və üzv dövlətlərin məşğulluq xidmətləri arasında fikir mübadiləsi üçün platformanın yaradılmasından ibarətdir.

 

Konfrans çərçivəsində Agentliyin nümayəndəsi qurumun fəaliyyəti barədə təqdimat edib və məşğulluq sahəsində Azərbaycan təcrübəsi haqqında iştirakçılara məlumat verib.