"Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı" yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən həyata keçirilən "Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı" başa çatıb.

 

Ali və peşə təhsili müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin əməkdaşlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən layihə nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6 ay davam edib.

 

2023-cü ilin noyabrında başlayan layihənin nəzəri hissəsində karyera planlamasının baza mövzularından olan karyera planlamasına giriş, iş axtarış üsulları, əmək bazarının təhlili kimi mövzuları əhatə olunub. Praktiki hissədə isə iştirakçılar işlədikləri təhsil müəssisələrindəki tələbələr ilə öyrəndikləri mövzularda fərdi konsultasiyalar həyata keçirib.

 

"Karyera məsləhətçilərinin təkmilləşdirilməsi proqramı"nda 24 ali təhsil və 17 peşə təhsili müəssisəsinin əməkdaşlarından ibarət ümumilikdə 62 nəfər iştirak edib.