Agentlik Böyük Britaniyada daha bir mükafata layiq görülüb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “International Elite 100 Awards” müsabiqəsində uğur əldə edib. 

 

Agentlik müsabiqəyə rəqəmsal layihələri ilə qatılıb və “Dövlət Məşğulluq Xdimətlərində Ən Yaxşı Rəqəmsal Təşəbbüslər” kateqoriyası üzrə qalib seçilib.

 

https://internationalelite100.com/2025-winners

 

Müsabiqədə Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.

 

Bu mükafat qlobal iş dünyasında unikal yanaşmaları, innovativ layihələri və nailiyyətləri ilə fərqlənən qurumlara verilir.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz