Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖtən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdaş
rayonunda 800-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri müharibə veteranı Mahmudov Mahmud Zaur oğlu və Qarayev Pərviz Mustafa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə M.Mahmudov üçün qapı və pəncərə istehsalı, P.Qarayev üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdaş rayonunda 800-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz