Ağdamda növbəti dəfə əmək yarmarkası keçirilib

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində əmək yarmarkası təşkil edilib. 

 

“Araz” supermarketlər şəbəkəsi ilə birgə təşkil olunan yarmarka Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında keçirilib.

 

Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər işlər üzrə vakansiyalar təqdim olunub.

 

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin, Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə tədbir iştirakçılarına məlumat verilib.