Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Araz” supermarketlər şəbəkəsi ilə birgə Ağdam şəhərində əmək yarmarkası təşkil ediləcək.
14 yanvar 2026-cı il tarixində, saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında keçiriləcək yarmarkada satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər işlər üzrə vakansiyalar təqdim olunacaq.
Yarmarka Xidmətin Ağdam şəhəri, Pənahəli xan küçəsində yerləşən inzibati binasında təşkil ediləcək.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.