Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Bu tədbirlər Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinləri də əhatə edir.
Həmin sakinlərdən artıq 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 747 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz