Ağalı və Zabuxda “Dəyərlərimiz” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentlyinin Şərgi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən Zəngilanın Ağalı və Laçının Zabux kəndlərində yeni il ərəfəsində “Dəyərlərimiz” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib. 

 

Məqsəd əhalinin həssas qrupuna aid edilən vətəndaşlara diqqət və qayğı göstərmək, sosial vəziyyətləri ilə maraqlanmaq, məşğulluq xidmətləri barədə məlumatlandırmaqdır.

 

Layihə çərçivəsində Şərqi Zəngəzur Regional Məşğulluq filialı və aktiv sosial tərəfdaşlarımızdan olan “Al Market” MMC və “Araz Market” MMC-nin nümayəndələri tərəfindən Ağalı və Zabux kəndlərinin sakinləri ziyarət edilib, onlara bayram sovqatları təqdim edilib.