Abşeron və Göygöldə keçirilən əmək yarmarkalarında 33 müəssisə tərəfindən 216 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Abşeron rayonuGöygöl şəhərində əmək yarmarkaları təşkil edilib.

 

Abşeron-Xızı Regional Məşğulluq Filialı tərəfindən Abşeron rayonunda, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Göygöldə keçirilən yarmarkalarda ümumilikdə 33 müəssisə tərəfindən 216 vakansiya təqdim edilib. 

 

Hər iki tədbirdə iştirakçılara vakansiyalar və tələblər barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Bundan başqa, yarmarkalarda Mərkəzi Karyera Filialının karyera məsləhətçiləri tərəfindən işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti göstərilib.