Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİxtisas seçimi yekunlaşana qədər abituriyentlər dəstək xidmətindən yararlana biləcəklər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Abituriyent dəstək xətti” layihəsinə start verilir.
Layihə çərçivəsində 1 avqust tarixindən etibarən ixtisas seçimi yekunlaşana qədər abituriyentlər Filialın peşəkar karyera məsləhətçiləri ilə əlaqə saxlayaraq ixtisas seçimi ilə bağlı suallarını yönləndirə biləcəklər.
Məqsəd abituriyentlərə düzgün ixtisas seçimi və kodlaşdırma ilə bağlı məlumat vermək, bu istiqamətdə yaranan çətinliklərin həllinə dəstək olmaqdır.
Əlaqə nömrələri:
(070) 8430363
(070) 9639373
Əlaqə nömrələri həftə içi hər gün 10:00-13:00 və 14:00-17:00-da abituriyentlər və onların valideynlərinin xidmətində olacaq.
Zəng edərkən şəxsiyyət vəsiqənizin FİN kodunu təqdim etməyiniz kifayətdir.