Pakistanın “9D Technologies” şirkətinin nümayəndələri Dövlət Məşğulluq Agentliyinin qonağı olub

İT mütəxəssislərin yetişdirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndələri ilə görüş olub.

 

Görüşdə ilk olaraq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrdən bəhs edib, əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb.

 

Daha sonra Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Nazirliyin və Agentliyin bir sıra xidmətlərinin elektron müstəviyə keçdiyini bildirən M.Abbasbəyli rəqəmsallaşma istiqamətində islahatların davam etdiyini diqqətə çatdırıb.

 

Görüşdə “9D technologies” şirkətinin göstərdiyi xidmətlər və görülən işlər barədə məlumat verilib. Şirkətin baş direktoru Abdul Salam görülən işləri yüksək qiymətləndirib və müxtəlif istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

 

Daha sonra İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə İT mütəxəssislərin yetişdirilməsində qabaqcıl şirkətlərlə əməkdaşlıq və təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb,