Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib.
Onlardan 732 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır.
Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. Bu da həmin işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.
2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 683 (o cümlədən bu ilin yanvar-aprel ayları ərzində 198) işəgötürənlə əməkdaşlığa başlanıb.
Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında ötən dövrdə artıq 2146 nəfər işlə təmin edilib.