Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin tərəfdaşlığı ilə keçirilən 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” çərçivəsində “Marsol Group”un partnyor şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə çıxış edərək, qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə işəgötürənləri məlumatlandırıb. Bildirib ki, Agentlik aktiv məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə sıx əməkdaşlıq edir, onlarla birgə müxtəlif proqram və layihələr həyata keçirir.
Eyni zamanda, birgə maliyyələşmə, peşə hazırlığı, məqsədli proqramlar, kvotadan əlavə iş yerləri və digər məşğulluq istiqamətləri barədə də şirkət rəhbərlərinə məlumat verilib və bu məşğulluq tədbirlərinin işəgötürənlərin fəaliyyətinin dəstəklənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşün yekununda işəgötürənlərin rəy və təklifləri dinlənib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.