6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”də Agentliyin stendinə 300-ə yaxın şəxs müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” müddətində 70 işəgötürənlə birgə əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda ümumilikdə 600-ə yaxın vakansiya təqdim edilib.

 

İşsiz və işaxtaran şəxslərə təqdim edilən vakansiyalar barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Bundan başqa sərgi çərçivəsində Agentliyin karyera məsləhətçiləri tərəfindən 50-dək şəxsə peşəyönümü məsləhət xidmətləri də göstərilib. Həmin şəxslərə düzgün CV-nin tərtibatı, iş müsahibəsinə hazırlıq, əmək bazarının araşdırılması və s. mövzular barədə məlumat verilib. 

 

Ümumilikdə isə 4 gün ərzində Agentliyin stendinə 300-ə yaxın şəxs müraciət edib və onlar məşğulluq tədbirləri barədə məlumatlandırılıblar.

 

Qeyd edək ki, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə keçirilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz