Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” çərçivəsində “Marsol Group”un partnyor şirkətləri ilə görüş keçirilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə işəgötürənlərə qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, Agentlik aktiv məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə sıx əməkdaşlıq edir, onlarla birgə proqram və layihələr həyata keçirir.
Həmçinin qeyd olunub ki, birgə maliyyələşmə, peşə hazırlığı, məqsədli proqramlar, kvotadan əlavə iş yerləri və digər məşğulluq istiqamətləri həm də işəgötürənlərin fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyır.
Daha sonra şirkətlərin nümayəndələrinin fikirləri dinlənib və onların sualları cavablandırılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz