427 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

2023-cü ilin sosial göstəriciləri

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildə 427 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

 

Onlardan 118 min şəxs münasib işlərlə təmin edilib, 17,4 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

 
Agentlik tərəfindən ötən il həmçinin 9,5 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

 
Qeyd olunan dövrdə 282 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 1,2 min şəxsə iş yerlərinə  göndəriş verilib.