Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı” çərçivəsində bu ilin əvvəlindən 332 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
Göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə 204, o cümlədən bu il 15 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 650 nəfər işlə təmin edilib.
Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.