Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPrezident İlham Əliyevin həssas qrupların özünüməşğulluğuna banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək məqsədilə növbəti layihəyə - “Özünüməşğulluğa dəstək-2023” layihəsinə başlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən bu layihəyə 23 bank qoşulub.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərdən 300 nəfərə həmin banklar tərəfindən bu il biznes planlarına uyğun aktivlər verilərək onlar üçün kiçik bizneslər yaradılacaq.
Onlardan əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.
Qeyd edək ki, özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olaraq kommersiya banklarının “Özünüməşğulluğa dəstək” layihəsi üzrə 2020-2021-ci illərdə həssas qruplardan ibarət 1489 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.