Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 16,1 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.
Həmin şəxslərdən 700 nəfəri şəhid ailələrinin üzvləri, 1700-dən çoxu müharibə iştirakçıları, 1600 nəfəri əlilliyi olan, o cümlədən 580 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 1200 nəfəri keçmiş məcburi köçkünlər, 2500 nəfəri gənclər olub.
Ümumilikdə ötən dövrdə 60 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Proqrama cəlb olunan şəxslər ilk olaraq təlimlərdə iştirak edir, qiymətləndirilməsi aparılır və biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.