Bakıda keçirilən əmək yarmarkasında 13 müəssisə tərəfindən 400-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Bakı şəhərində təşkil edilib.

 

Bakı Regional Məşğulluq filialı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilən aktiv məşğulluq tədbirində 13 müəssisə iştirak edib və 412 vakansiya təqdim edilib.

 

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.